
Məşhur hataylı müğənni Karsunun dağıntılar altında qalan xalası dünyasını dəyişib.
32gun.az xəbər verir ki, bu barədə müğənninin özü məlumat verib.
O, sosial şəbəkə hesabından etdiyi paylaşımda, "Mələk oldu mələk. Nur içində yat, xalam" - deyə, qeyd edib. Əlavə olaraq, bildirək ki, müğənninin dağıntılar altında qalan digər ailə üzvləri - nənəsi və əmisi sağ-salamat xilas edilib. Digər ailə üzvlərinin axtarışları isə hələ də davam edir.
Qeyd edək ki, bir müddət öncə müğənni sosial şəbəkə hesabından açdığı canlı yayımda yaxınlarının dağıntılar altında qaldığını, onlara kömək edilməsini xahiş etmişdi.
Nurlan