
Xəbər verdiyimiz kimi, Türkiyənin Hatay bölgəsindəki həbsxanada məhkumlar tərəfindən yanğın törədilib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkumlar bu əməli həbsxanadan qaçmaq üçün həyata keçiriblər. Lakin onların qaçmasının qarşısı alınıb.
Belə ki, ətraflar bölgələrdən gətirilən təhlükəsizlik qüvvələri yanğını söndürərək, təhlükəsizliyi təmin edib. Hadisə nəticəsində 3 məhkum ölüb, daha 5 nəfər yaralanıb.
Onu da qeyd edək ki, təhlükəsizlik təmin edildikdən sonra, məhkumlar digər əyalətlərdəki həbsxanalara köçürülüb.
Nurlan Şiraliyev