
Türkiyədə zəlzələ bölgəsində müəllim işləyən Elizya adlı qadının paylaşımı hər kəsi kövrəldib.
32gun.az bildirir ki, Hatayda müəllim işləyən qadın şagirdlərindən birinin çökmüş evinin qarşısında "çıx gəl yenə müəllimim de, qiymət istə məndən. Söz verirəm bu dəfə əsəbləşməyəcəm" yazdığı videonu paylaşıb.
O həmçinin "Eşidən zaman oraya qaçdım, şagirdim və ailəsi dağıntıların içərisində qalıb. Səni gözləyirəm" deyə qeyd edib.
Bildirək ki, Elizya adlı qadın müəllimin ailəsi və övladı ilə yaşadığı bina ciddi fəsad görsə də, xoşbəxtlikdən onlar evi tərk edərkən çökməyib. Əhali həmin binadan təxliyyə edildikdən bir müddət sonra müəllimin yaşadığı bina da çöküb.
Ayxan