
Zəlzələ nəticəsində zərər çəkən ailələrdən biri də Kahramanmaraşlı Taşkın ailəsi olub.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 5 nəfərlik ailə dağıntılara məruz qalan evlərini zəlzələdən 4 gün öncə alıblarmış.
Bununla bağlı sosial media hesablarında paylaşım edən Taşkın ailəsinin sevinci qısa sürüb. Belə ki, ailə birinci zəlzələdən canlarını qutara bilsə də, ikinci zəlzələ zamanı dağıntılar atlında qalıb.
Zəlzələdən sonra isə 5 nəfərlik ailədən geriyə sadəcə sosial mediadakı paylaşımları qalıb.
Nurlan Şiraliyev