
Qəhrəmanmaraş mərkəzli zəlzələlərdə dağıntıların yaşandığı Gölbaşı mahalında axtarış-xilasetmə işləri davam edir.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 5 mərtəbəli binada axtarış işlərini davam etdirən xilesetmə qruplar, 14 yaşlı Ceren və 16 yaşlı Elif bacılarını tapiblar.
Dağıntılar altında qalan Elif Beyazbalın onları tapanlara dedikləri söz ürək dağlayıb.
“Qardaş, mən burada qaldım, məni çıxara bilməzsən, dağıntılar altındayam” dedikdə xilasedicilər “Yox, Elif, səni çıxararıq”.
Komandanın işindən sonra bacılar 70 saat sonra dağıntılar altından çıxarılaraq xəstəxanaya aparılıb.
Ayxan