
Qurucusu olduğu "Ahbap" Dərnəyi ilə zəlzələdən zərər çəkmiş bölgələrə gedən, müğənni Haluk Levent sosial şəbəkədəki hesabında xilasetmə işlərində könüllü iştirak etmək istəyən vətəndaşlara xəbərdarlıq edib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, zəlzələ nəticəsində dağılan şəhərlərdəki sıxlığa diqqət çəkən Levent xeyirdən çox ziyan dəyə biləcəyini qeyd edib:
"Heç kim bölgəyə könüllü gəlməməlidir. Həqiqətən çox insan var. İnanın, bunun xeyirdən çox zərəri ola bilər".
Ayxan