DÜNYA ÖZ XƏBƏR

İmamoğlunu təhqir edib, qovan sabiq millət vəkili özünü belə müdafiə etdi - FOTO

Xəbər verdiyimiz kimi nir müddət  öncə sabiq  AK Partiya Qəhrəmanmaraş millət vəkili Nursel Kocabaş Reyhanlıoğlu zəlzələ bölgəsində araşdırmalar iştirak edən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna reaksiya verib. İmamoğlunun üzərinə hücum çəkərək  təhqirlər yağdıran Reyhanlıoğlu "Gəlmə, get buradan. Çıx buradan. İngilis qulluqçusu. Özünü nümayiş etdirmə. Dövlət buradadır" deyib.

32gun.az bildirir ki, sosial şəbəkədə paylaşım edib açıqlama verən Reyhanlıoğlu özünə belə haqq qazandırıb:

 “İmamoğlu bir qrup insanla dağıntılar bölgəsinə gəldi.

Mən qohumlarımın dağıntılar altından çıxarılmasını gözləyirdim.

Dərhal özləri ilə gətirdikləri həmin rayondan olmayan şəxsə mikrofon verdilər.

Həmin adam həmişə olduğu kimi yalan danışıb ki, burada dövlət, iş yoxdur.

 Həmin şəxsdən xahiş edəndə ki, burada yaşayırsansa, mənə ünvanını desin, o, ünvan verə bilmədi. Türkiyənin hər yerindən gələn ağır texnika ilə AFAD qrupları ilə işləyərkən onların təxribatına reaksiya verdim. Əzab meydanı şou meydanı deyil. Heç kim zəlzələ qurbanları ilə siyasət etməməlidir".

Nilufər

Oxşar Xəbərlər