
Kahramanmaraşda baş verən zəlzələdən sonra Elazğıdakı binalardan biri təhlükə mənbəyinə çevrilib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bina boşaldılsa da, beşik kimi sallanmağa davam edir. Bununla bağlı görüntülər vətəndaşlar tərəfindən qeydə alınıb.
Görüntülərdən dərhal sonra sözügedən bina ilə bağlı söküntü qərarı verilib və ətraf ərazilər təhlükəsizlik zolağı ilə bağlanılıb.
Qeyd edək ki, söküntü işlərinə ən qısa zamanda başlanacağı bildirilib.
Nurlan