DÜNYA ÖZ XƏBƏR

Türkiyədəki məktəb və universitetlərlə bağlı YENİ QƏRARLAR

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyənin milli təhsil naziri bir sıra açıqlamalar verib.

32gun.az xəbər verir ki, nazir Mahmut Özer mövzu ilə bağlı NTV-nin canlı yayımında danışıb.

O, zəlzələ bölgəsində məktəblər üçün davamiyyət tələbinin olmayacağını açıqlayıb:

"İkinci semestrdə bütün səviyyələrdə davamiyyət şərti axtarılmayacaq. İstədikləri təqdirdə bütün tələbələr ətraf əyalətlərdəki məktəblərə köçürüləcək".

Həmçinin, Ali Təhsil Şurası (YÖK) universitetlərin yaz semestri ilə bağlı mühüm qərar qəbul edib. Belə ki, universitetlərin açılışı qeri-müəyyən tarixədək dayandırılıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər