DÜNYA ÖZ XƏBƏR

Xaricə qaçmaq istəyən podratçılar saxlanıldı - İlk sözləri bu oldu (VİDEO)

Adıyamanda dağılan binaların podratçıları xaricə qaçmaq istəyərkən İstanbul Hava Limanında saxlanılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, podratçılardan - Yavuz Karakuş və Sevilay Karakuş Gürcüstana qaçmağa cəhd edib.

Hər iki şəxs sağlamlıq yoxlanışı zamanı müəyyən edilərək, saxlanılıb. Yavuz Karakuş açıqlamasında, "44 bina tikdim, 4-ü uçdu. Hər şeyi üsuluna görə etdim, vicdanım təmizdir" - deyə qeyd edib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər