
Xəbər verdiyimiz kimi, Türkiyə Respublika Prokurorluğu zəlzələlərdə dağılan və zərər görən binalarla bağlı araşdırmalara başlayıb.
32gun.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, başladılan istintaq çərçivəsində, Şehitkamil rayonunda dağılan "Əmrə" binasının tikinti rəhbəri Nəzmi Tosun evində saxlanılıb.
Bildirək ki, əməliyyat Qaziantep Respublika Prokurorluğu tərəfindən həyata keçirilib.
Qeyd edək ki, saxlanılan şəxs bir sıra prosedurlardan keçmək üçün İstanbula aparılıb.
Nurlan Şiraliyev