
Xəbər verdiyimiz kimi, Fevralın 6-da Qəhramanmaraşda baş verən 7,7, sonra isə 7,6 bal gücündə zəlzələlər 10 vilayətdə birçox binanın dağılmasına və minlərlə vətəndaşın ölümünə səbəb olub.
Zəlzələdən ən çox təsirlənən vilayətlərdən olan Qaziantepdə xəstəxanaların birimim təhlükəsizlik kamerasına əks olunan görüntülər hər kəso duyğulandırıb.
32gun.az bildirir ki, "TRT Haber"in aldığı görüntülərdə İnayet Topçuoğlu Xəstəxanasında çalışan Pediatriya tibb bacısı Şeyma Alakuş zəlzələ zamanı çölə qaçmaq əvəzinə, az qala həyatını heçə sayaraq xəstələri xilas etməyə tələsir.
Xəstəxana dəhlizlərində uşaqların da olduğu xəstələrini xilas etmək üçün var gücü ilə çalışan Şeyma tibb bacısı bəzi xəstəxanaları boşaltdıqdan sonra binaya qayıdıb və digərlərini çıxarmaq üçün binaya geri dönüb. Həmin anlar xəstəxananın təhlükəsizlik kamerasına düşüb.
Ayxan