DÜNYA ÖZ XƏBƏR

Lüks binanın podratçısı görün hansı ölkədə saxlanıldı (FOTO)

Xəbər verdiyimiz kimi, Kahramanmaraşda baş verən zəlzələ ətraf vilayətlərdə də öz təsirini göstərib.

Belə ki, zəlzələ nəticəsində dağıntılara məruz qalan şəhərlərdən biri də Adanadır. Bu şəhərdə də digərlərində olduğu kimi bir çox binalar uçub.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dağıntıya məruz qalan binalardan biri 14 mərtəbəli Alpargün binasıdır. 

Bildirək ki, binanın podratçıları -  ata və oğlu Həsən Alpargün və Həsən Can Alpargün zəlzələdən dərhal sonra Şimali Kipr Türk Respublikasına (ŞKTC) qaçıblar. "Alpargün İnşaat"ın sahibi Həsən Alpargün aparılan istintaq tədbirləri nəticəsində ŞKTC-nin paytaxtı Lefkoşada saxlanılıb. O, daha sonra Adanaya gətirilib.

Qeyd edək ki, Alpargün verdiyi açıqlamada, "Tale" ifadəsini işlədib. Onun bu sözü hər kəsi hiddətləndirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər