
Hatayda zəlzələdə çökən evinin dağıntılarından öz imkanları ilə çıxan Necip Çakmak faciəvi şəkildə həyatını itirib.
32gun.az Türkiyə KİV-nə istinadən bildriir ki, N.Çakmak iki gün öncə Kütahyada yaşayan polis məmuru olan qızının yanına gedib. Bu zaman o mənzildə çıxan yanğında tüstüdən zəhərlənərək həyatını itirib.
Belə ki, mənzili əhatə edən qatı tüstüdən mənzildə qapalı qalan 63 yaşlı Necip Çakmak və oğlu Besim Çakmak uzun sürən mübarizədən sonra huşsuz vəziyyətdə çıxarılıb.
Ata və oğul xəstəxanaya çatdırılıb. Necip Çakmak edilən bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.
N.Çakmak dünən yaşadığı Əskişəhərdə qılınan cənazə namazından sonra dəfn edilib.
Ayxan