
"Dağıntılara və insan tələfatına nəzər yetirsək, bu zəlzələ təkcə Türkiyə və Suriyaya deyil, bütün dünyaya təsir edib".
32gun.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays qeyd edib.
Həmçinin, o, Kahramanmaraşda baş verən zəlzələləri "Əsrin fəlakəti" adlandırıb.
“Bu, siyasi deyil, insani bir məsələdir” deyən Prays, “Biz dünya ölkələrini Türkiyə və Suriya xalqlarına dəstək olmaq üçün əllərindən gələni etməyə çağırırıq" - deyə, vurğulayıb.
Nurlan Şiraliyev