DÜNYA ÖZ XƏBƏR

Türkiyənin Prezident Administrasiyası toplanır

Türkiyə Prezident Administrasiyası bu gün keçiriləcək iclas üçün toplanır.

32gun.az xəbər verir ki, iclas prezident Ərdoğanın sədrliyi ilə Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Baş Qərargahında keçiriləcək.

Bildirək ki, iclas zamanı zəlzələ ilə bağlı son vəziyyət və görüləcək tədbirlər müzakirə olunacaq. Bununla bağlı məlumatı Türkiyə prezidentinin köməkçisi Fuad Oktay bildirib.

Qeyd edək ki, iclas saat 15.00-da baş tutacaq.

Nurlan Şiraliyev

 

Oxşar Xəbərlər