DÜNYA ÖZ XƏBƏR

Qızı zəlzələdə ölən məşhur aktyordan ürəkdağlayan paylaşım (FOTO)

Qəhrəmanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan zəlzələlərdə qızını itirən türkiyəli məşhur aktyor Orhan Aydın sosial şəbəkədə paylaşım edib. 

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, məşhur aktyorun paylaşımı ürək dağlayıb. 

O.Aydın qızının fotosunu paylaşaraq "Qəlbimdə şüşə qırıqları var. 11 fevral 2023-cü il..." deyə qeyd edib. 

Xatıladaq ki, Fevralın 6-da episentri Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Adana, Adıyaman, Diyarbəkir, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfada dağıntılara səbəb olub.
Dəfn mərasimi üçün anası ilə Hatay şəhərinə gedən Orhan Aydının qızı Eylem Şafak Aydın da dağıntılar altında qalmışdı. Günlərlə davam edən axtarıdan sonra E.Ş.Aydının cansız cəsədi tapılmışdı.

Ayxan

Kızını depremde kaybeden Orhan Aydın'dan yürek yakan paylaşım: Kalbimde cam kırıkları var

Oxşar Xəbərlər