DÜNYA ÖZ XƏBƏR

Dostunu tapança ilə öldürən yeniyetmə özünü belə müdafiə ETDİ (FOTO)

Bir neçə gün öncə dostu tərəfindən tapança ilə vurulduğu iddia edilən Azad Altay dünyasını dəyişib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə 5 fevral saat 17.00 radələrində Antalyada yaşanıb.

Hadisədən sonra dərhal xəstəxanaya aparılan yeniyetmə dünən həyatını itirib.

Bildirək ki, yeniyetmənin 18 yaşlı dostu tərəfindən vurulduğu iddia edilir. Şübhəli şəxs qismində saxlanılan E.O.T. açıqlamasında "Silahla şəkil çəkdirirdik, qəfil partladı" deyə, bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər