DÜNYA ÖZ XƏBƏR

Çökən binada ölən məşhur aktyorla bağlı dəhşətli məlumat

Kahramanmaraşda baş verən zəlzələdə həyatını itirənlərdən biri də türkiyəli aktyor Əhməd Qara olub.

32gun.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, aktyor zəlzələ zaman faicəvi şəkildə ölüb.

Belə ki, o, yaşadığı binanın 5-ci mərtəbəsindən yerə yıxılıb. Hadisə binanın divarlarının uçması nəticəsində baş verib. Daha sonra isə çarpayısı ilə birlikdə yerə yıxılan aktyorun üstünə bina çöküb. Beton qalıqlarının ayaq damarlarını kəsməsi nəticəsində, Əhməd Qara qan itirərək dünyasını dəyişib.

Bildirək ki,  Əhməd Qara "Ağ Atlı Şahzadə" filmində rol alıb. Çəkilişləri və montajı tamamlanan film yaxın günlərdə ekranlara çıxacaq.

Qeyd edək ki, aktyor Türkiyədə vergi rekordçusu kimi tanınır.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər