Xəbər verdiyimiz kimi, Qəhrəmanmaraşda baş verən zəlzələlər Qaziantep, Malatya, Hatay, Adana, Mersin, Osmaniye, Adıyaman, Şanlıurfa və Diyarbəkirdə də böyük dağıntılara və minlərlə insanın ölmünə səbəb olub. Sənət camiəsinin üzvləri də xilasetmə və axtarış işlərinə kömək, zəlzələ qurbanlarına dəstək olmaq üçün bir yerə toplaşıblar.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, aktrisa Merve Boluğur da həmkarları kimi ilk gündən zəlzələ bölgələrində olub.
İlk olaraq Hataya gedən məşhur aktrisa bu dəfə Qəhrəmanmaraşa yollanıb. Elbistanlı zəlzələ qurbanları ilə bir araya gələn Boluğur sosial şəbəkədəki hesabından fotoları paylaşıb.
Ayxan