Təxminən 31 min insanın həyatını itirdiyi 2 zəlzələdən sonra möcüzəvi qurtuluşlar yaşanmağa davam edir.
32gu.az Türkiyə KİV-nə istinadən bildirir ki, Hatayın Antakya rayonunun Kuyulu bölgəsind dağıntılar altından 4 uşağı ilə çıxan Merve Tanış və əri Abdullah Tanış təcili yardımla Adana Şəhər Xəstəxanasına çatıdılıb.
Tanış ailəsi indi öz imkanları ilə dağıntılar altından çıxardıqları Kadir Tükkan Kavasoğlunun olduğu hansı xəstəxanaya yerləşdirildiyini axtarır.
Qardaşını axtaran Merve Tanış bunları deyib:
"Həyat yoldaşım, mən və uşaqlarım dağıntılar altından çıxdıq. Mən gedəndən sonra qardaşımın olduğu binaya getdim. Mən öz imkanlarımla daş atıb qardaşımı dağıntılar altından çıxartdım. Təcili yardıma çatdırdım. Həyat yoldaşımın qabırğası sınıb, ağciyərində problem var.
Qardaşımı Şəhər Xəstəxanasında tapa bilmədim, Antakyada soruşdum, tapa bilmədim. Onun hazırda harada olduğunu bilmirəm. Valideynlərim dağıntılar altında öldü. Qardaşımdan başqa heç kim qalmadı. Bilmirəm, qardaşım ölüdür, ya diridir. yardım istəyirəm".