
Yol polisi xidməti avtomobildə intihara cəhd edib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Trabzonda xidmət zamanı baş verib.
Belə ki, 50 yaşlı polis məmuru Nəcməddin Sevil saat 08.15 radələrində özünəməxsus silahla intihara cəhd edib. O, ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb. İlkin məlumata görə, polisin başından güllə yarası aldığı müəyyən edilib.
Hazırda araşdırmalar davam edir.
Nurlan Şiraliyev