
Dağıntılar altından 72 saat sonra xilas edilən şəxslə bağlı üzücü xəbər gəlib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, xilas edildikdən sonra xəstəxanaya aparılan Əhməd Erol Yılmaz dağıntılar altında qaldığı anlardan danışıb.
Xəstəxanada açıqlama verən Erol, "Dağıntılar altında xoşbəxt idim, heç bir dəfə də olsun pis şeylər düşünməmişdim. Əməliyyat olunacağam, sol ayağım böyük ehtimalla topuqdan kəsiləcək" deyə bildirib.
3 ay ərzində 3 dəfə yol qəzası keçirdiyini bildirən şəxs, "Hər 3 avtomobil param-parça oldu. Öldürməyən Allah öldürmür" deyə sözlərinə davam edib.
Bildirək ki, Əhməd Erol Yılmazın xilasedicilərlə baş tutan dialoqu Türkiyədə gündəmə çevrilmişdi.
Nurlan Şiraliyev