DÜNYA ÖZ XƏBƏR

Türkiyədə oxuyan azərbaycanlı tələbələrin DİQQƏTİNƏ: Dərslər bu formada keçiriləcək

Xəbər verdiyimiz kimi, Kahramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan zəlzələdən sonra Türkiyə Universitetlərində yaz semestri boyunca distant təhsil formasına keçid barədə açıqlama verilmişdi.

32gun.az xəbər verir ki, bununla bağlı danışan YÖK sədri Erol Özvar universitetlərin 20 fevralda distant təhsilə başlayacağını bildirib:

"Aprelin əvvəlindən etibarən ənənəvi təhsil forması da daxil olmaqla hibrid təhsil barədə qiymətləndirmələr aparılacaq". 

Qeyd edək ki, nəzərdə tutulan tədris forması bütün tələbələrə aiddir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər