
Bir müddətdir ki, Çinin ən önəmli bankirlərindən biri və ölkəsinin ən önəmli investisiya banklarından biri olan “Çin İntibahı"nın (China Renaissance) qurucusu Bao Fandan xəbər alınmır.
32gun.az bildirir ki, bu bardə "China Renaissance Holding", Honq Konq birjası məlumat yayıb.
Şirkətdən bildiriblər ki, Baonun yoxa çıxmasının şirkətin biznesi ilə bağlı olub-olmadığı məlum deyil.
Açıqlamadan sonra şirkət səhmləri Honq Konq birjasında günə təxminən 50 faiz dəyər itirməklə başlayıb.
Bildirilir ki, əvvəllər "Credit Suisse" və "Morgan Stanley" kimi aparıcı Qərb banklarında çalışan Bao 2005-ci ildə "China Renaissance"ı qurub və 2018-ci ildə birjaya çıxaraq 346 milyon dollar qazanıb.
2022-ci ilin sentyabrında şirkətin keçmiş baş direktoru Conq Lin haqqında istintaq açıldıqdan sonra Baonun yoxa çıxması şübhə doğurub.
Çində “korrupsiyaya qarşı” araşdırmalar çərçivəsində maliyyə sektorunda yüksək səviyyəli şəxslərə qarşı icraat başlanıldığı bildirilir.
Ayxan