
Episentri Qəhrəmanmaraş olan zəlzələlərdə 10 minlərlə can itkisi və "Türkiyə Bir Ürək" yardım kampaniyasından təsirlənən azyaşlı Karan anasının köməyi ilə zəlzələ qurbanları üçün hərəkətə keçib.
32gun.az Türiyə KİV-nə istinadən bildirir ki, Karan, anasının evdə bişirdiyi poğaçaları bazarda açdığı piştaxtada satışa çıxarıb.
Günün əvvəlində “zəlzələdəki dostlarım üçün” yazılan piştaxta arxasına keçən Karan qısa müddətdə bütün bişmişləri satıb və 535 lirə qazanıb. Karan bu məbləği kassasındakı pulla birləşdirəcək və zəlzələ qurbanları üçün ianə verəcək.
Ayxan