DÜNYA ÖZ XƏBƏR

Azərbaycan bulvarında bədbəxt HADİSƏ

Kahramanmaraşda baş verən zəlzələdə yaxınlarını itirən 58 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə saat 16 radələrində Azərbaycan bulvarı adlanan ərazidə baş verib.

Belə ki, dağıntılardan qopan parça axtarış-xilasetmə işlərini izləyən Mustafa Kalının başına çırpılıb. Qəza nəticəsində çoxlu qan itirən M.Kalın ağır yaralanıb.

Əraziyə polis və tibbi yardım qrupları çağırılıb. 58 yaşlı kişinin hadisə yerində həyatını itirdiyi məlum olub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər