
Pakistanın Pəncab vilayətində ağır yol qəzası baş verib.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, sərnişin avtobusunun xəndəyə düşməsi nəticəsində 12 sərnişin ölüb, 54 nəfər yaralanıb.
Bildirək ki, qəza toydan paytaxt Lahora qayıdan zaman yaşanıb. Əyləc sistemində nasazlıq yaranan avtobus qarşı zolağa çıxıb. Nəticədə 3 avtomobillə toqquşub.
Qeyd edək ki, 4 sərnişinin vəziyyətinin ağır olduğu bildirilir.
Nurlan Şiraliyev