
Xəbər verdiyimiz kimi, Kahramanmaraşda baş verən zəlzələlər zamanı dağıntılar altında qalan Qanalı futbolçu Kristian Atsu dünyasını dəyişib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, futbolçunun nəşi Qanaya göndərilib.
Bildirək ki, Atsunun cənazəsi rəsmi mərasimlə qarşılanıb. Qarşılama mərasimində ölkənin vitse-prezidenti Mahamudu Bavmia, qanalı əsgərlər və bir sıra digər vəzifəli şəxslər olub.
Qeyd edək ki, Kristian Atsu Türkiyənin "Hatayspor" klubunda çıxış edib. O, Hataydakı "Renessans Residence"in çökməsi nəticəsində həyatını itirib.
Nurlan Şiraliyev