
Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasını çağırıb.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, iclas zamanı "Milli təhlükəsizlik konsepsiyası" layihəsinə və digər qanun layihələrinə baxılıb.
İclasda çıxış edən prezident, Belarusa qarşı hər hansı təcavüzün olacağı təqdirdə, cavab tədbirlərinin sərt və adekvat olacağını bildirib.
Nurlan Şiraliyev