DÜNYA ÖZ XƏBƏR

Antoni Blinken Ankarada mətbuat konfransı keçirdi

"Vaşinqton İsveç və Finlandiyanın tezliklə NATO-ya üzv olacağına əmindir".

32gun.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Blinken Ankarada keçirilən mətbuat konfransı zamanı, "İsveç və Finlandiyanın NATO-ya qoşulması ikitərəfli münasibətlərlə bağlı məsələ deyil. Biz onların ən qısa zamanda alyansa daxil olmasının tərəfdarıyıq. Bu baş verdikdə ABŞ və Türkiyə də daxil olmaqla hər bir NATO üzvünün təhlükəsizliyi gücləndiriləcək" - deyə qeyd edib.

Nurlan

Oxşar Xəbərlər