
Xəbər verdiyimiz kimi, Kahramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan zəlzələlərin ardınca Türkiyədə dərslər təxirə salınmışdı.
32gun.az xəbər verir ki, Türkiyənin Milli təhsil naziri Mahmud Özər məsələ ilə bağlı yeni açıqlamalar verib.
Belə ki, zəlzələlərin baş verdiyi 10 vilayətdə dərslərin təxirə salınma müddəti uzadılıb. Zəlzələdən az zərər görən bölgələrdə dərslərin başlama tarixi martın 1-i, digərlərində isə martın 13-ü və 27-si olaraq müəyyən edilib.
Nurlan Şiraliyev