
Türkiyə Prezidenti R.T.Ərdoğan dağıntılar altında həyatını itirən 23 yaşlı Elif Nur Dalhançerin anası ilə telefonla danışıb.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, Ülviyyə Dalhançer prezidentlə danışıq zamanı qızının adının əbədiləşdirilməsini istəyib.
Ərdoğan məsələ ilə bağlı Milli Təhsil Naziri Mahmud Özerə tapşırıq verib. Tapşırığa əsasən, dağıntılar altında qalaraq dünyasını dəyişən 23 yaşlı qızın adı Malatyada yeni tikiləcək məktəblərdən birinə veriləcək.
Qeyd edək ki, Elif Nur "Rəcəb Tayyib Ərdoğan Universiteti"nin tələbəsi olub.
Nurlan Şiraliyev