
Hatayda dağıntılar altında qalaraq həyatını itirən Ayşegül Çin adlı qadının vəsiyyəti ortaya çıxıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qadının vəsiyyətində, "Mənə bir şey olarsa, çantadakı hər şey anama məxsusdur. İstəyirəm ki, onlardan Həcc və Ümrə üçün istifadə etsin" - deyə, qeyd olunub.
Ancaq gənc qadının anasının da zəlzələdə həyatını itirdiyi məlum olub.
Qeyd edək ki, dağıntılar altından tapılan zinət əşyaları A.Çinin qardaşı Hüseyn Çinə təhvil verilib.
Nurlan Şiraliyev