DÜNYA ÖZ XƏBƏR

Vəhşicəsinə öldürülən tanınmış pedeqoqun qatili kimi saxlanılan şəxs: "Mən öldürdümsə..."

Çanaqqalanın Gelibolu rayonunda pedaqoq Nəzmi Arıkan və sürücüsü Şerif Ekerin qətli ilə bağlı cinayət işi üzrə saxlanılan Ufuk Akçekaya npvbəti dəfə mıhkəmə qarşsıına çıxarılıb.

32gun.az Türkiyə KiV-nə istinadən bildirir ki, U.Akçeya ona qarşı irəli sürülən ittihamları rədd edib.

Akçekaya, "Nəzmi Arıkanı öldürdümsə, niyə üzərində DNT-im görünmədi? Hadisə yerində 5 barmaq izi var. Salfetin üzərində başqa adamın izi var" deyib. 

Bildirilir ki  69 yaşlı, evli və 2 uşaq atası, Elm Təhsil Qurumlarının qurucusu Nəzmi Arıkan və sürücüsü 46 yaşlı Şerif Eker keçən il Qurban bayramı üçün Gelibolunun Karainebeyli kəndindəki fermasına gəlmişdilər.

İyulun 13-ü günorta saatlarına qədər Arıkan və Ekeri görə bilməyən ferma işçiləri şübhələnib.

Telefonla əlaqə saxlamaq mümkün olmayanda yoxlamaq üçün ferma evinə daxil olan işçilər Arıkan və Ekeri qanlar içində tapıblar.

Hadisə yerinə çağırəlan səhiyyə əməkdaşları onların çoxsaylı bıçaq zərbələri ilə öldürüldüyünü müəyyən edib. Yarılma zamanı Arıkanda 47 ölümcül yara, Ekerdə isə 27-si ölümcül olmaqla 66 kəsici və bıçaq yarası aşkar edilibmiş.

Ayxan

Oxşar Xəbərlər