DÜNYA ÖZ XƏBƏR

Bələdiyyə binası qarşısında aclıq aksiyası keçirən həkimin vəziyyəti pisləşdi(FOTO)

Bursansanın Mudanya bölgəsində inşa edəcəyi xəstəxananın layihəsinin bələdiyyə tərəfindən ləğv edilməsi səbəbi ilə aclıq  aksiyasına başlayan ortoped həkim Kayhan Turan vəziyyəti pisləşib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki,  vətəndaşlar çağırışı ilə 8 gündür təkbaşına aksiyanın keçirildiyi nöqtəyə təcili yardım əməkdaşları gəlib.

Taqətdən düşən Kayhan Turanın şəkərinin düşdüyü, təzyiqinin normaldan yuxarı qalxdığı bildirilib. Həmçinin qeyd edilib ki, onun həyati təhlükəsi yoxdur.

Həkim hazırda xəstəxanaya yerləşdirilib. 

Ayxan

Oxşar Xəbərlər