DÜNYA ÖZ XƏBƏR

Məşhur aktrisanın əmisi dağıntılar altında qaldı - FOTO

Xəbər verdiyimiz kimi, Kahramanmaraş mərkəzli zəlzələlərin böyük dağıntılara səbəb olduğu Hatayda daha iki böyük zəlzələ yaşanıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildriir ki, bir çox binanın dağıldığı zəlzələlərdən sonra sosial media hesabından kömək çağıran aktrisa Burcu Biricik əmisinin dağıntılar altında qaldığını bildirib və kömək istəyib.

Zəlzələ bölgələrinə etdiyi yardımlarla gündəmdən düşməyən Oğuzhan Uğurun paylaşımına da münasibət bildirən Biricik, "Əmim Hatay Antakya Kiçik Dalvan İpək küçəsində dağıntılar altında qaldı. Xahiş edirəm təcili kömək edin. Yönləndirəcəyiniz heyət varmı, Oğuzhan?"

Qeyd edək ki, Fevralın 6-da Kahramanmaraşda baş verən və 10 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələlər Hatayda böyük dağıntılara səbəb olub. Bir çox binanın dağıldığı Hatayda dünən axşam saat 20.04-də Defne rayonunda 6.4 bal gücündə, Samandağ rayonunda isə 20.07-də ​​5.8 bal gücündə zəlzələ baş verib.

Ayxan 

Hatay'da depremlerde amcası enkaz altında kalan oyuncu Burcu Biricik, yardım çağrısında bulundu

Oxşar Xəbərlər