
İstanbulun Çekmeköy bölgəsində dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, 30 yaşlı Volkan Yüksekova 4 uşağının anası 27 yaşlı Gülistan Yüksekovanı (27) evində dəfələrlə bıçaqlayıb. Hadisəni törədən ər evdən çıxanda anası Ülkiye Yüksekova ilə qarşılaşıb.
Anası nə baş verdiyini soruşduqda V.Yüksekova anasına da bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Gülistan Yüksekova hadisə yerində keçinərkən, anası isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Olay yerinə gələn polis əməkdaşları başqa məhəlləyə qaçan Volkan Yüksekova tutublar.
Hadisə ilə bağlı istintaq başladılıb.
Məhkəməyə sövq edilən Volkan Yüksekova barəsində həbs qətimkan tədbiri seçilib. Volkan Yüksekovanın müxtəlif cinayətlərlə bağlı 11 qeydinin olduğu ortaya çıxıb.
Yüksəkova məhkəmədəki ifadəsində həyat yoldaşının onu aldatdığını düşündüyünü deyib.
Məhəllə sakini isə “Hadisəni törədən şəxsin anası mənə dedi, “Dəccal” filminə baxıb. Ona cadu edildiyini söyləyib" deyə qeyd edib.
Ayxan