
Episentri Kahramanmaraş olan zəlzələlərdən sonra Isparta Polis İdarəsi Kiber Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları bölgədən başqa vilayətlərə gedən və internetdə kirayə ev axtaran bir çox fəlakət qurbanının dolandırıldığını müəyyən edib.
İspartada internetdə saxta elanlarla kirayə ev axtaran zəlzələdən sağ çıxanları aldadan M.D adlı şəxs saxlanılıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, M.D. Ispartada tutulduqdan sonra həbs edilib.
Onun bölmədə ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılı və daha sonra barəsində həbs qərarı verib.
Ayxan