
Qəbiristanlıqda bədəninin bir hissəsi torpağa basdırılmış qadın cəsədi aşkarlanıb.
Hadisə saat 17.00 radələrində Konyada baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aparılan araşdırmalardan sonra qadının kimliyi məlum olmasa da, meyitin bir hissəsinin vəhşi heyvanların hücumuna məruz qaldığı müəyyən edilib.
Bildirək ki, meyitin kimliyinin müəyyən edilməsi üçün aparılan araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qadının cəsədi DNT analizi üçün Ankaraya göndərilib.
Nurlan