
Türkiyənin Tuzla vilayətində film kimi hadisə baş verib.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, mikroavtobusla yolu kəsən silahlı şəxslər hərəkətdə olan avtomobilin sürücüsünə hücum ediblər. Əvvəlcə sürücü döyən silahlı şəxslər daha sonra onu mikroavtobusa mindirərək hadisə yerindən uzaqlaşıblar. Olay zamanı avtomobildə olan qadın silahlı şəxslərin olduğu mikroavtobusun arxasınca gedib.
Həmin anlar mobil telefonun kamerasına əks olunub.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Nurlan Şiraliyev