İDMAN ÖZ XƏBƏR

Kobe Bryantın həyat yoldaşı icazəsiz qəza fotolarının paylaşılmasına görə təzminat alacaq - 28,85 milyon dollar

26 yanvar 2020-ci ildə 13 yaşlı qızı ilə birlikdə helikopter qəzasında həlak olan Amerika Basketbol Liqasının (NBA) unudulmaz oyunçusu Kobe Brayantın həyat yoldaşı Vanessa Bryant  28,85 milyon dollar təzminat qazanıb.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, 9 nəfərin öldüyü qəzada Bryantın olay yerindən çəkilmiş fotolarının icazəsiz paylaşılması ilə bağlı açılan  məhkəmə işində  Kaliforniya ştatının Los-Anceles Bələdiyyəsi barəsində təzminat verilməsinə qərarı alınıb.

Xatırladaq ki, 26 yanvar 2020-ci ildə helikopter qəzasında 41 yaşlı Brayant və onun 13 yaşlı qızı Giannadan başqa daha 7 nəfər həlak olmuşdu.

Brayant tərəfindən qurulan Mamba İdman Akademiyasında basketbol oyununa getmək üçün havaya qalxan helikopter Kalabasas şəhərinin səmasında yerə çırpılmşdı.
Qəza ilə bağlı aparılan araşdırmalar nəticəsində Ara Zobayanın idarə etdiyi helikopterin sıx dumanın təsiri ilə idarədən çıxdığı müəyyən edilmişdi.

Ayxan

Oxşar Xəbərlər