
Millət vəkili Adil Əliyev ilahiyyatçı Hacı Şahin Həsənlinin dünyasını dəyişməsi ilə bağlı paylaşım edib.
32gun.az xəbər verir ki, o, şəxsi "Facebook" səhifəsində ilahiyyatçının vəfatı ilə bağlı bu sözləri qeyd edib:
"Bu gün ölkəmiz dəyərli ilahiyyatçısını, biz isə dostumuzu itirdik. Hacı Şahin Həsənli böyük şəxsiyyət idi, Vətənini, dövlətini, xalqını sevirdi. Şəhid ailələrinə, qazilərə xüsusi ehtiramla yanaşar, hər zaman şəhid tədbirlərində iştirak edərdi. Xüsusilə gənc nəslin tərbiyəsində Hacı Şahinin rolu danılmaz idi, minlərlə insanımızın yoluna işıq tutmuş, doğru yola yönəltmişdi. Allahdan əziz Hacı Şahinə rəhmət diləyir, ailəsinə və sevənlərə başsağlığı verirəm".
Nurlan Şiraliyev