
Sakarya Hökumət Evində ölüm hadisəsi yaşanıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iş vaxtının bitməsinə baxmayaraq Səlahəddin Uysal adlı işçinin ofisini tərk etməməsi mühafizəçilərdə maraq doğurub.
Uysalın otağına baxış keçirən şəxslər onun hərəkətsiz vəziyyətdə qaldığını görüb. Dərhal tibbi yardım qruplarına məlumat verilib. Uysalın infarkt keçirərək dünyasını dəyişdiyi məlum olub.
Nurlan