SİYASƏT
Prezident onlara ali hərbi rütbələr verdi
Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
32gun.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam verib.
Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor İlham Əyyub oğlu Abdullayevə
general-mayor Şahmar Ənvər oğlu Paşayevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Adil Ələsgər oğlu Abdullayevə
polkovnik Əşrəf Məmməd oğlu Qasımova
polkovnik Raul Süleyman oğlu Zeynalova.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.