SOSIAL ÖZ XƏBƏR

Sabiq sədrin şirkəti dövlət qurumunun idarəsini məhkəməyə verdi - Bu səbəbə görə

 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsi məhkəməlik olub. 

32gun.az-ın məlumatına görə, dövlət qurumunun idarəsi ilə bağlı məhkəmədə iddiaçı tərəf  “Park-Naftalan” Müalicə Mərkəzidir. 

Məhkəmə işinin mahiyyəti  İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - qeyri-yaşayış sahəsi üzrə məsələlərdə ibarətdir. 

Bildirək ki,"PARK NAFTALAN" MMC-nin qanuni təmsilçisi YAQUB BƏDƏLOV MƏHƏMMƏD OĞLU göstərilib. 

Mətbuatda gedən məlumatlara görə, sözügedən Müalicə mərkəzi  Hatəm Qocayevə məxsudur. H.Qocayev YAP Naftalan şəhər təşkilatının sabiq sədri olub. 

Ayxan 

Hatəm Qocayev: "Dostluq" yatağının birgə istismarı sayəsində Azərbaycan və  Türkmənistan Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verəcəklər

Oxşar Xəbərlər