SOSIAL ÖZ XƏBƏR

Azərbaycanda müəmmalı ünvanda yerləşən şirkət barəsində PROTOKOL HAZIRLANDI - Bu səbəbə görə...

"Adeleya" MMC barəsində protokol hazırlanıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (Iqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə təqdim olunub.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi, Fərhadov Ənvər Eynulla oğludur. 21.12.2020-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 16, m. 108-dir.

Qeyd edək ki, "Adeleya" MMC-nin qeydiyyatda olduğu hüquqi ünvanda, Əzizov Kamran Sədrəddin oğluna məxsus "Draqon" MMC qeydiyyata düşüb. Belə ki, sözügedən şirkət yaranmasından 2 ay keçməsinə baxmayaraq "Qaçqınkom"un keçdiriyi tenderin qalibi olub. 2 ay əvvəl yaranan "Draqon" MMC-nin 40 min manatlıq tenderin qalibi olması cəmiyyət tərəfindən şübhə ilə qarşılanıb.

Ayxan

Oxşar Xəbərlər