SOSIAL ÖZ XƏBƏR

"FİNCA Azərbaycan" Qaradağ rayon polis idarəsini məhkəməyə verdi

"FİNCA Azərbaycan"  bank olmayan kredit təşkilatı (BOKT) Bakı Şəhəri Qaradağ rayon polis idarəsini məhkəməyə verib.

32gun.az-ın əldə etdiyi məlumata görə, Aytən Oruczadənin sədrliyi ilə keçiriləcək məhkəmə işinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Məhkəmə işinin mahiyyəti bundan ibarətdir:

"İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - yaşayış sahəsinə qeydiyyat məsələsi üzrə - Yaşayış sahəsinə qeydiyyatdan cıxarılma"

Bildirək ki, nizamnamə kapitalı 3756572 USD olan şirkətin qanuni təmsilçisi, TIMOTHY TARRANT-dır. 25.11.1999-cu ildə dövlət qeydiyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, FÜZULİ, ev 67-dir.

Ayxan

Oxşar Xəbərlər