
Bir neçə gün öncə Netfçilər metrosu yaxınlığındakı 61 saylı məktəbin yanında yerləşən ərazidəki ağacları kəsərək yerində bina tikmək istəyən "Giyaslı Group" MMC barəsində protokol hazırlanıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 253-1.1.2-ci maddəsi ilə (Ətraf Mühitin Mühafizəsi, Təbiətdən Istifadə Və Ekoloji Təhlükəsizlik Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol Bakı Şəhəri Nizami rayon məhkəməsinə təqdim olunub.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi, Hacıbala Soltan oğlu Abasovdur. 26.10.2017-ci iləd dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Etibar Qocayev, ev 26-dır.
Ayxan