SOSIAL ÖZ XƏBƏR

"Onlar fikirləşirlər ki, Türkiyə zəifləyib və bu durumda Azərbaycana qarşı..."

"İran Azərbaycan-İsrail münasibətlərinə paralel yeni bir Azərbaycan həmləsi axtarışındadır".

Bunu Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə 32gun.az-a danışarkən deyib.  

Eksperin sözlərinə görə, Azərbaycanın Ermənistana qalib gəlməsi İranın təhülkə hiss etməsin səbəb oldu:

"Əsas məsələ orada kəskinləşdi ki, Azərbaycanın Ermənistana məğlub olması İranın işinə yarayırdı, özünə böyük təhlükə hesab etmirdi. Elə ki, Azərbaycan Ermənistana qalib gəldi, dərhal İran təhlükə hiss etdi. Bundan sonra ilk bəhanəsi o oldu ki, Azərbaycan İsraillə müttəfiqdir, Azərbaycan öz ərazisindən İsrailə İrana zərbə endirmək üçün icazə verir. Bu kimi məsələlər üzərindən münasibətləri bizimlə kəskinləşdirdilər. Bu münasibətlər də artıq sözün əsl mənasında səfirliyə hücumla, səfirliy səviyyəsindən də aşağı düşürülmüş oldu. İndiki vəziyyətdə İsrail-İran münasibətləri daha da kəskinləşir. Hətta belə deyilir ki, İsrail İrana zərbə endirmək niyyətindədir. Bunu da ona görə etmək istəyir ki, İran nüvə silahı əldə etsə, bunu ilk olaraq İsrailə qarşı istifadə edəcək.

İran da öz növbəsində Azərbaycanı ittiham edir ki, İsrailin yanında yer alıb, ona görə də, cəzalandırmaq lazımdır.

Amma hərbi müdaxilədən söhbət getsə  Türkiyə amilini ortaya çıxarda bilər. Məsələn İranın Azərbaycana hərbi müdaxiləsi...

Bu da dəhşətli bir ssenari olar. Ona görə də İran bu problemli məsələlər üzərindən Azərbaycana giriş etməyə çalışır. Burada dini və digər məsələlər var. O cümlədən onlardan biri də Qarabağda ehtimal edilən toqquşmadır. Hazırda Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin son açıqlaması bu yöndədir. 

Bu toqquşmalarda İran tərəf kimi çıxış etmək istəyir. Yəni adı təbii ki, Ermənistan olacaq amma əsgərini, silahlarını ötürməklə Azərbaycanın məğlub olmasına çalışacaq.

Bir faktor da ondan ibarətdir ki, Türkiyə zəlzələsi nəticəsində bunlar durumdan istifadə etməyə çalışırlar. Onlar fikirləşirlər ki, Türkiyə zəifləyib və bu durumda Azərbaycanın dərsini vermək lazımdır. Bu konteksdə Azərbaycan-İsrail münasibətlərində Azərbaycanı günahlandırmağa çalışırlar. İsrailin Kəşfiyyat nazirini Azərbaycan Prezidenti İlham Əliyev qəbul etdi. O görüşlərdə çox ciddi mesajlar olacaq. Bununda bir hissəsi kimi məlum oldu ki, Qarabağa terrorçuların dəstəyini həm PKK-nı, həm şiə hərbçilərini İraqdan, Suriyadan yığıb gətirdilər. Və bunlar orada da bir antiterror əməliyyatının olacağını gözlənilir deyə, həlledici döyüşə Azərbaycanın "dərsini" verməyə hazırlaşırlar".

Xatırladaq ki, Türkiyənin nüfuzlu “Türkiye” qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasion məqalə ilə çıxış edib. Qəzet yazır ki, İrəvanı qardaş elan edən İran administrasiyası Qarabağı Suriyaya çevirmək planları qurur. Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. 

Nurlan Şiraliyev 

Oxşar Xəbərlər